SİYASƏT


Hüquq və İnsan Haqları İnstitutunun 25 illik yubileyi qeyd olunub

Dekabrın 6-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə, Hüquq və İnsan Haqları İnstitutunun 25 illik yubileyinə və Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə institutun əməkdaşlarının hüququn müxtəlif sahələrinə dair yeni çapdan çıxmış kitablarının təqdimatı ilə yanaşı, institutun 25 il ərzində həyata keçirdiyi fəaliyyətlər barədə də ətraflı məlumat verilib.