SİYASƏT


İtaliya telekanalı Qərbi azərbaycanlılarla bağlı videosüjet hazırlayıb

Qərbi Azərbaycan İcması tərəfindən dekabrın 5-də Bakıda keçirilən “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzulu beynəlxalq konfrans dünya mediasında işıqlandırılmaqdadır.
AZƏRTAC xəbər verir ki, konfransda iştirak edən İtaliyanın “Kimetro0” telekanalının heyəti tədbirdən videosüjet hazırlayıb. Konfransa 30-dan çox xarici ölkədən 100-ə yaxın beynəlxalq ekspertin qatıldığı bildirilən reportajda Ermənistan ərazisindən zorla çıxarılan Qərbi azərbaycanlıların qayıdışı məsələsinə diqqət çəkilib.