SİYASƏT


Azad olunmuş ərazilərdə seçki məntəqələri təşkil olunacaq

Bu fikirləri Mərkəzi Seçki Komissiyasının 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkilərinə həsr olunmuş iclasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
O bildirib ki, Azərbaycan vətəndaşları ilk dəfə işğaldan azad olunmuş ərazilərimizdə səs verərək tarixə düşəcəklər.
MSK-nın sədri, həmçinin iclasın gündəliyində duran məsələlər barədə məlumat verib.