DÜNYA


İtaliyada iki sərnişin qatarı toqquşub: 17 nəfər yaralanıb

İtaliyanın Ravenna bölgəsindəki Faenza qəsəbəsində iki sərnişin qatarı toqquşub.
AZƏRTAC xəbər verir ki, Forli və Faenza qəsəbələri arasında hərəkət edən qatarların toqquşması nəticəsində 17 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Mülki müdafiə qüvvələri və dəmir yolu işçilərinin iştirakı ilə qatarlardakı insanlar təxliyə edilib.