SİYASƏT


AZƏRTAC-ın “Heydər Əliyev Azərbaycandır!” ikihissəli filmi yenidən İctimai TV ekranında

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) tərəfindən hazırlanan Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ikihissəli filmi yenidən İTV-də yayımlanacaq.

AZƏRTAC xəbər verir ki, “Heydər Əliyev Azərbaycandır!” filmində dahi şəxsiyyətin ictimai-siyasi fəaliyyətinin nəticəsi olaraq Azərbaycanın inkişafında mühüm rol oynamış 100 tarixi fakt təqdim edilir.

Filmin hazırlanması üçün Azərbaycanın bir sıra regionlarında çəkilişlər aparılıb, böyük həcmdə tarixi məlumatlar toplanıb. Filmin baş prodüseri AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev, quruluşçu rejissorları Seyran Mahmudoğlu və Fariz Əhmədov, ssenari müəllifi Yunis Orucovdur.

“Heydər Əliyev Azərbaycandır!” sənədli filminin 1-ci hissəsi dekabrın 13-də saat 22.00-da, 2-ci hissəsi isə dekabrın 14-də saat 22.00-da İTV-də yenidən yayımlanacaq.