SİYASƏT


COP29 2024-cü ildə Azərbaycanda keçiriləcək

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 gələn il Azərbaycanda keçiriləcək.
AZƏRTAC-ın Dubaya ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bununla bağlı qərar COP28-in dekabrın 11–də keçirilən plenar iclasında verilib.
Əvvəlcə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev ölkəmizlə bağlı təqdimatla çıxış etdi.
Sonra son illər Azərbaycanın mədəniyyətini, tarixini, təbiətini və qazandığı uğurları əks etdirən videoçarx nümayiş olundu.