DÜNYA


Kiyevə raket hücumu olub, dağıntılar və xəsarət alanlar var

Dekabrın 13-nə keçən gecə Kiyev şəhərinə raket hücumu olub.
AZƏRTAC-ın Ukraynadakı xüsusi müxbirinin verdiyi məlumata görə, Kiyevdə bir neçə dəfə partlayış səsləri eşidilib.
Kiyev şəhər Hərbi Administrasiyasının verdiyi məlumata görə, Rusiya silahlı qüvvələri tərəfindən edilən raket hücumları Ukrayna paytaxtında dağıntılara səbəb olub və onlarla mülki şəxs xəsarət alıb. Zərərsizləşdirilən raketlərin qalıqları paytaxtın bəzi ərazilərində yanğınlara səbəb olub.