DÜNYA


Pekində soyuq hava səbəbindən məktəblərdə dərslər dayandırılıb

Çinin şimal və mərkəzi hissəsində bir neçə gündür davam edən anomal soyuq hava həyatı iflic edib.
AZƏRTAC xəbər verir ki, Pekin meriyası dekabrın 13-dən paytaxtın orta məktəblərində dərslərin qeyri-müəyyən müddətə dayandırılmasına, uşaq bağçalarının bağlanmasına qərar verib. Dərslərin distant formada təşkilinə qərar verilib.