SİYASƏT


Cenevrədə “Neokolonializm: İnsan hüquqları, sülh və təhlükəsizlik” mövzusunda beynəlxalq konfrans başa çatıb

Cenevrədə BMT-nin Ofisində Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Neokolonializm: İnsan Hüquqları, Sülh və Təhlükəsizlik” adlı beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda Fransanın keçmiş və indiki müstəmləkələrindən olan nümayəndələr rəsmi Parisin bu ölkələrdə hələ də davam etdirdiyi yeni kolonializm siyasətinin ağır fəsadları barədə məlumat veriblər.