DÜNYA


Kosmosda bərbərxana

Çinin Kosmik Agentliyi ölkənin “Tienqon” kosmik stansiyasında olan astronavtların bir-birinin saçını qırxmasının görüntülərini yayıb. “Şencou-17” kosmik misisyasının astronavtlarından Tan Şencie vakumlu cihaz vasitəsi ilə həmkarı Cian Sinlin saçını qırxır. Vakumlu saçqırxan saçları kəsilən andaca sorur. Bu, saçların stansiyaya dağılıb təhlükə yaratmaması üçündür. Videoda missiyanın komandiri Tan Honbonun xüsusi duş papaqları vasitəsi ilə saçlarını şampunla yuması da görünür.
Qeyd edək ki, “Şencou-17” missiyasının astronavtları təxminən 50 gündür kosmosdadır. Onlar ümimilikdə 6 ay kosmik stansiyada qalacaqlar.