DÜNYA


Şimali Koreyanın buraxdığı ballistik raket təxminən min kilometr uçub

Koreya Xalq Demokratik Respublikasının (KXDR) dekabrın 18-də buraxdığı qitələrarası ballistik raket min kilometr uçandan sonra Yaponiyanın dənizdəki məxsusi iqtisadi zonasının kənarına düşüb.
AZƏRTAC Cənubi Koreya silahlı qüvvələrinin birləşmiş qərargahının məlumatına istinadla xəbər verir ki, raket yerli vaxtla səhər saat 8:24-də Pxenyan yaxınlığından buraxılıb. Bu, KXDR-in il ərzində 5-ci qitələrarası ballistik raket buraxılışıdır. Şimali Koreya fevral və martda “Hwasong-15” və “Hwasong-17”, aprel və iyulda isə bərk yanacaqla işləyən “Hawsong-18” raketlərinin sınağını həyata keçirib. KXDR ilk dəfədir ki, il ərzində 5 qitələrarası ballistik raket buraxmış olur.