DÜNYA


Çində zəlzələ nəticəsində ölənlərin sayı 126-ya çatıb

Çinin şimal-qərbində baş verən 6,2 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 126 nəfərə çatıb.
AZƏRTAC zəlzələ ilə əlaqədar yaradılmış operativ qərargahın məlumatına istinadla xəbər verir ki, ölüm hallarının 113-ü Qansu vilayətində, 13-ü isə qonşu Çinhay vilayətində qeydə alınıb. Yeraltı təkanlar nəticəsində Qansuda 536 nəfər, Çinhayda isə 182 nəfər xəsarət alıb, 20 nəfər itkin düşmüş sayılır.