DÜNYA


Slovakiyada hökumət əleyhinə kütləvi aksiyalar keçirilib

Slovakiyanın bir çox şəhərlərində hökumət əleyhinə mitinqlər keçirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Markiza telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, mitinqlərdə minlərlə vətəndaş iştirak edib. Onlar Nazirlər Kabinetinin ölkənin hüquq sistemində xüsusi prokurorluğun ləğvi ilə bağlı qərarına, eləcə də hökumətin 2024-cü ildən qüvvəyə minəcək və yaşayış səviyyəsinə mənfi təsir göstərəcək dövlət büdcəsindən vəsaitə qənaət edilməsinə dair tədbirlərə etirazlarını bildiriblər.