DÜNYA


Çinin iqtisadi gücünün rəmzi – sürətli dəmir yolu

Çin dünyada ən uzun sürətli dəmir yolu şəbəkəsinə malikdir. Söhbət sürəti saatda 200 kilometrdən çox olan yollardan gedir. Çindəki sürətli dəmir yolu xətlərinin ümumi uzunluğu 43 min kilometri ötüb. Çin bu rəqəmlə ən yaxın rəqibi İspaniyanı 10 dəfə qabaqlayır. Ümumiyyətlə, dünyadakı bütün sürətli dəmir yolu xətlərinin üçdəikisi Çin ərazisindədir. Sürətli dəmir yolu sistemi ölkə iqtisadiyyatının gücünün, sürətli modernləşməsinin, texnoloji tərəqqisinin rəmzinə çevrilib.