DÜNYA


Almaniyada daşqınlar səbəbindən vətəndaşlar evlərindən təxliyə edilib

Almaniyanın şimal-qərbində yerləşən Aşağı Saksoniya federal vilayətinin hakimiyyət orqanları daşqınlarla mübarizə üçün müxtəlif xidmətlərdən 100 minə yaxın işçini səfərbər edib.
AZƏRTAC xəbər verir ki, Deutsche Presse-Agentur (DPA) agentliyi bu barədə regionun baş naziri Stefan Vayla istinadla məlumat yayıb.
Məlumata görə, bu, Aşağı Saksoniyada qeydə alınan ən güclü daşqındır. Xüsusən Celle, Oldenburg, Emsland, Osterholz, Heidekreis və Verden rayonlarında vəziyyət gərgin olaraq qalır.