CƏMİYYƏT


Balaxanıda istehsal olunan lampalar qəsəbəni belə işıqlandırır

Dünyadakı texnoloji yenilik Balaxanıda istehsal və tətbiq olunub.Yenilənmiş dizaynı ilə göz oxşayan qəsəbədə 5 minə yaxın divarüstü "bra" işıqları quraşdırılıb. Bu işıqlar elə Balaxanı qəsəbəsində istehsal olunur. Bununla yanaşı, ölçüləri 5-8 metr arasında dəyişən 650-yə yaxın dirəklər də qəsəbəyə əlavə gözəllik, sakinlərə isə komfort gətirib. Bu lampalar dünya brendi olan "PHİLİPS" şirkəti tərəfindən xüsusi olaraq Bakı şəhəri üçün nəzərdə tutulub. Lampaların özəlliyi odur ki, ümumi idarəetmə sisteminə qoşularaq müxtəlif vaxtlarda onun gücünü azaldıb-artırmaq olur. Bu da 70 faiz elektrik enerjisinə qənaət deməkdir.