CƏMİYYƏT


“Qara” bazarda dəyəri 8 milyon manat olan 212 kiloqram narkotik vasitə ələ keçirilib

Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları yanvar ayında paytaxt və bölgələrdə 50-dən artıq əməliyyat keçirib. Nəticədə gənclərimizi və gələcəyimizi zəhərləyən 55 nəfərdən ibarət 5 mütəşəkkil dəstə ifşa olunaraq cinayət məsuliyyətinə cəlb olunub. Onlardan 12-si ölkəmizə narkotik maddələr gətirən və polisin bir müddətdir ki, izinə düşdüyü şəxslər olub. “Qara” bazarda dəyəri 8 milyon manat olan 212 kiloqram (heroin, tiryək, marixuana, metamfetamin) narkotik vasitə və 12 min 791 ədəd psixotrop tərkibli metadon, tramadol və lirika həbi ələ keçirilib.