CƏMİYYƏT


Çilidəki meşə yanğınlarında ölənlərin sayının 51 nəfərə çatdığı bildirilir

Cümə günündən başlayan yanğın minlərlə hektar meşə sahəsini məhv edib, sahilyanı şəhərləri sıx boz tüstü dumanına bürüyüb və Vina del Mar, Valparaiso əyalətlərinin mərkəzi bölgələrindəki insanlar evlərini tərk etməyə məcbur olublar. Estrella və Navidad şəhərlərində yanğınlar nəticəsində 30-a yaxın ev yanıb. Çili milli meşə idarəsi bildirib ki, təkcə Valparaisoda təxminən 7000 hektardan artıq ərazi tam sıradan çıxıb. Hazırda ölkədə fövqəladə vəziyyət elan edilib.