CƏMİYYƏT


Görmə məhdudiyyətli gənc muğamın sirrlərini öyrənir

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları daha bir sənətkarın ustad dərslərindən bəhrələnir. Xalq artisti Teyyub Aslanov DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində musiqi istiqaməti üzrə təlimçi kimi fəaliyyət göstərir. Xanəndə Mərkəzin həssas kateqoriyalardan olan istedadlı benefisiarlarına muğam ifaçılığının sirlərini öyrədir. Muğam ustadı hazırda Mərkəzdə Müslüm Müslümzadə və Nigarxanım Əlizadə kimi istedadlı ifaçılarla çalışır.