CƏMİYYƏT


Geomaqnit qasırğası kimlərə və necə təsir edir?

Bu ilin əvvəllərindən başlayaraq 2025 və 2026-cı illərdə Günəşdə aktivlik daha çox müşahidə olunacaq. Həmin dövrlərdə alışmaların da normadan çox olacağı proqnozlaşdırılır. Bu sözləri Bakı Dövlət Universitetinin Astrofizika kafedrasının əməkdaşı Mirnamiq Bəşirov deyib. Gecə saatları baş verən maqnit qasırğasının kp əmsalı 5 olaraq qiymətləndirilib. Həkim-nevroloq Sevinc Məmmədova geomaqnit qasırğasının xüsusilə meteohəssas insanlara təsir edəcəyini bildirib.