CƏMİYYƏT


İşğaldan azad olunan Laçında 5 seçki məntəqəsi fəaliyyət göstərir

İşğaldan azad olunmuş Laçın şəhərindəki 105 saylı seçki məntəqəsində seçici fəallığı müşahidə olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Laçın şəhərində, ümumilikdə 5 seçki məntəqəsi fəaliyyət göstərir. Bunlardan 3-ü şəhərin mərkəzində, digər 2 məntəqə isə Zabux və Qorçu kəndlərindədir. 105 saylı seçki məntəqəsi üzrə 1493 seçici var. Həmçinin məntəqə üzrə 2 nəfər ilk dəfə səs verəcək. Seçki prosesini 12 müşahidəçi izləyir.