CƏMİYYƏT


Cənub bölgəsində səsvermədə fəallıq müşahidə olunur

Respublikamızda keçirilən növbədənkənar prezident seçkiləri cənub bölgəsində də seçici fəallığı ilə müşayiət olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölkənin ictimai-siyasi həyatında mühüm əhəmiyyətə malik hadisələrdən biri hesab olunan prezident seçkilərinə səsvermə prosesi Lənkəran şəhərində də yüksək əhvali-ruhiyyə ilə başlayıb.