CƏMİYYƏT


Gəncədə yüksək seçici fəallığı müşahidə olunur

Gəncə şəhərində seçicilərin növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində səsverməsi üçün bütün məntəqələr fevralın 7-də tam tərkibdə fəaliyyət göstərir. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncə şəhəri üzrə 4 seçki dairəsi var. Bunlardan 38 saylı Gəncə birinci, 39 saylı Gəncə ikinci, 40 saylı Gəncə üçüncü və 41 saylı Gəncə-Samux-Goranboy seçki dairələridir. Şəhər üzrə 133 seçki məntəqəsi fəaliyyət göstərir.