CƏMİYYƏT


Şimal bölgəsinin seçiciləri 429 məntəqədə səs verirlər

Növbədənkənar prezident seçkiləri şimal bölgəsində altı rayonu əhatə edən 7 seçki dairəsi üzrə təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarını əhatə edən yeddi dairə üzrə ümumilikdə 429 məntəqədə səsvermə keçirilir.

Şimal bölgəsi üzrə səsvermə hüququ olan 346 min 381 seçici qeydiyyata alınıb.

Məntəqələrdə seçkilərin gedişini, ümumilikdə, 5 min 840 müşahidəçi izləyir. Bununla yanaşı, 62 məntəqədə veb-kamera quraşdırılıb ki, bu da hər bir şəxsə səsverməni onlayn izləmək imkanı verir.