CƏMİYYƏT


Flaminqoların köç yerinin dəyişməsinə səbəb nədir? - Mahmudçala Təsərrüfatından REPORTAJ

Son illərə qədər Qızılqaz kimi tanınan flaminqolar Mahmudçala Ovçuluq Təsərrüfatında ən çox qışlayan köçəri quşlar hesab olunurdu. Lakin bu il vəziyyət fərqlidir, çünki havaların mülayim keçməsi və bir sıra digər amillər quşların miqrasiyasında öz təsirini göstərib.
AZƏRTAC-ın bölgə müxbiri Mahmudçala Ovçuluq Təsərrüfatında olub, köçəri quşların miqrasiya marşrutlarının dəyişməsinin səbəblərini araşdırıb.
Mahmudçala flaminqoların daha çox miqrasiya etdiyi su-bataqlıq ərazisi sayılır. Hər il bura yüzlərlə flaminqo gəlsə də, bu il ilk dəfə olaraq onlara rast gəlinməyib. Mütəxəssislər isə bunun səbəbini payız və qış fəslinin daha mülayim keçməsi və burada qışlayan quşlar üçün su səviyyəsinin az olması ilə əlaqələndirirlər.