DÜNYA


Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Çin özünün kosmik stansiyasında fəaliyyət göstərmək üçün növbəti astronavtlar qrupunu - “Şencou-18” (Shenzhou-18) missiyasını kosmosa göndərməyə hazırlaşır.
AZƏRTAC Çinin Kosmos Agentliyinə istinadla xəbər verir ki, “Şencou-18” missiyasında astronavtlar Yı Quanfu, Li Çon və Li Quansu iştirak edəcəklər. Kosmik gəmini orbitə aparacaq “Böyük yürüş -2F” daşıyıcı raketinin Ciuçüən məntəqəsindən aprelin 25-də yerli vaxtla səhər saat 8:59-da buraxılması planlaşdırılıb. Raketin buraxılışı ilə əlaqədar bütün texniki testlər icra olunub, son məşq başa çatıb.