MƏDƏNİYYƏT


İstanbulun “Vision Art Platform”u Aida Mahmudovanın “Bir arzu gerçəkləşir” adlı yeni fərdi sərgisinə ev sahibliyi edir

Aprelin 23-də İstanbulda tanınmış azərbaycanlı rəssam, “YARAT” Müasir İncəsənət Məkanın təsisçisi Aida Mahmudovanın fərdi sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, rəssamın “Bir arzu gerçəkləşir” (A Dream Unfolds) mövzusunda açılan sərgisi İstanbulun ən gözəl sənət qalereyalarından biri olan “Vision Art Platform”da təşkil edilib.