İDMAN


Bədii gimnastika üzrə Dünya Kubokunda Azərbaycan komandası üç bürünc medal qazanıb

Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda fərdi yarışlarda final çıxışları baş tutub. Halqa ilə çıxışda beşinci olan Zöhrə Ağamirova lentlə hərəkətlərdə yeddinci pillənin sahibi olub. Daha əvvəl çoxnövçülükdə və halqa ilə çıxışda iki bürünc medal qazanan Azərbaycanın qrup hərəkətləri komandası ümumilikdə üç bürünclə yarışı başa vurub.