SİYASƏT


Azərbaycan XİN Paşinyanın “France 24” telekanalında səsləndirdiyi iddialara cavab verib

Ermənistanın baş naziri Nikol Paşinyanın Fransanın “France 24” telekanalına verdiyi müsahibədə ölkəmizə qarşı yenidən səsləndirdiyi əsassız iddialar bölgədə qəsdən gərginlik yaradaraq, sülh prosesinə növbəti zərbə vurmaq məqsədi daşıyır.
AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin səsləndirdiyi iddialara dair Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) şərhində qeyd edilib.