SİYASƏT


Hərbi vəzifəlilər atəşin aparılması üzrə tapşırıqları icra ediblər

Cari ilin döyüş hazırlığı planına əsasən, "N" hərbi hissəsində bir qrup hərbi vəzifəlinin iştirakı ilə təlim toplanışı keçirilib.
Plana uyğun olaraq hərbi vəzifəlilərlə atəş hazırlığı üzrə məşğələlər keçirilib, onlara müxtəlif çaplı atıcı silah və qumbaraatanların taktiki-texniki xüsusiyyətləri çatdırılıb.