SİYASƏT


Azərbaycanlıların Avro-Atlantik Tərəfdaşlıq Şurasının Brüsseldə təsis konfransı keçirilib

Xocalı soyqırımının 32-ci ildönümü ərəfəsində Belçikanın və eyni zamanda, Avropa İttifaqının paytaxtında Azərbaycanlıların Avro-Atlantik Tərəfdaşlıq Şurasının təsis konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirlər silsiləsi konfrans iştirakçılarının “Konqres Sütunu”nu (fransızca “Colonne du Congrès”, niderlandca “Congreskolom”) ziyarətləri ilə başlayıb. Bu, 1831-ci ildə Belçika Milli Konqresi tərəfindən Krallığın Konstitusiyasının qəbulu şərəfinə ucaldılan monumental sütundur. Ölkənin rəsmi tədbirlərinə bu yeri ziyarətlə başlayırlar.