SİYASƏT


Yaxın günlərdə Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin görüşü planlaşdırılır

Sülh müqaviləsi istiqamətində danışıqlarda bəlli fasilə yaranmışdı. Buna baxmayaraq, mətn üzərində işlər davam etdirilirdi. AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov söyləyib.
Nazir qeyd edib ki, Münxen Təhlükəsizlik konfransında Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında keçirilmiş görüşdən sonra prosesə yenidən start verilməsi barədə qərar qəbul olunub. Yaxın günlərdə Ermənistan nümayəndə heyəti ilə sülh müqaviləsi üzrə fiziki olaraq danışıqların keçirilməsi planlaşdırılır.