SİYASƏT


Parisdə Xocalı faciəsinin qurbanlarının xatirəsi ehtiramla anılıb

Azərbaycanın Fransadakı səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 32-ci ildönümünə həsr edilən anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Xocalı soyqırımı zamanı itkin düşmüş şəxslərin taleyinə həsr olunmuş “13” bədii sənədli filmi nümayiş etdirilib. Filmdə Xocalı faciəsi zamanı ermənilərin əsir götürdükləri mülki əhaliyə verdiyi işgəncələrdən və itkin düşmüş 13 nəfərin naməlum taleyindən bəhs olunub.