SİYASƏT


“GÜNÜN MÖVZUSU”: Prezident Xocalıdan hansı mesajları ötürdü?

Dünən Xocalı faciəsinin ildönümündə Prezident Xocalıda idi və orada Soyqırımı Memorialının təməlini qoydu. Prezidentin önəmli günlərdə işğaldan azad olunmuş ərazilərdə olması artıq ənənə halını alıb. Ölkə başçısının ötən gün Xocalıda olması Xocalıları çox qürurlandırıb. O, Xocalıdan dünyaya önəmli mesajlar ötürüb. Mövzunu Milli Məclisin deputatı Tural Gəncəliyevlə müzakirə edirik.