RƏSMİ


Prezident İlham Əliyev BMT Baş katibinin siyasət üzrə müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də BMT Baş katibinin siyasət üzrə müavini Qay Rayderi qəbul edib.
AZƏRTAC xəbər verir ki, Qay Rayder BMT-nin Baş katibi Antonio Quterreşin salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını BMT Baş katibinə çatdırmağı xahiş etdi.