SİYASƏT


ƏÜO-nun bölmələri ilə keçirilən praktiki məşğələlər davam etdirilir

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Raket və Artilleriya birləşmə, hissə və bölmələrində döyüş hazırlığı üzrə praktiki məşğələlər planına uyğun olaraq poliqon və təlim sahələrində davam etdirilir. Məşğələlərə özüyeriyən və yedəklənən artilleriya qurğuları, “Qasırğa”, “Smerc”, “Qrad” yaylım atəşli reaktiv sistemlər, minaatan batareyaları və radiolokasiya kəşfiyyat kompleksləri cəlb edilir. Raket və Artilleriya birləşmə, hissə və bölmələrin hazırlığında əsas diqqət pilotsuz uçuş aparatlarından və qoşun kəşfiyyatı vasitələrindən istifadə etməklə şərti düşmən fəaliyyətinin izlənilməsi, hədəflərin aşkar edilməsi, atəş tapşırıqlarının yerinə yetirilməsi üzrə şəxsi heyətin praktiki vərdişlərinin artırılmasına yönəldilir.