SİYASƏT


BMT nümayəndəsi: COP29-un qarşısında çox çətin məsələlərin həlləri dayanır

COP29-un qarşısında çox çətin məsələlərin həlli dayanır. Bunlardan biri iqlim maliyyələşdirilməsidir. Enerji keçidinin mexanizmi hazırlanmalıdır. Özəl sektorun da burada önəmli rolu var. AZƏRTAC xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatının baş direktorunun müavini, Qlobal Tərəfdaşlıq və Xarici Əlaqələr Direktorluğunun idarəedici direktoru Fatu Haydara XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Yaxşı sözlərdən yaxşı hərəkətlərə keçmək: COP29 üçün hansı məqsədlər qoymaq olar?” mövzusunda panel iclasında çıxışı zamanı deyib.