SİYASƏT


İlya Darçiaşvili: Gürcüstan Cənubi Qafqazda sülhü və dinc yanaşı yaşayışı qətiyyətlə dəstəkləyir

Bu üçtərəfli platforma bizə çevik olmaq və konkret nəticələr əldə etmək üçün bir imkandır. Bugünkü görüşdə əməkdaşlığımızın dərinləşməsi prinsiplərini müzakirə etdik. Biz müxtəlif istiqamətlərdə əməkdaşlığımızı bundan sonra da fəallaşdırmağa hazırıq. Bu fikirləri Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili martın 15-də Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşündən sonra keçirilən birgə mətbuat konfransında səsləndirib.