SİYASƏT


AZƏRTAC XƏBƏR VERİR: Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşü keçirilib

Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə açılış nitqi ilə çıxış edən xarici işlər naziri Ceyhun Bayramov təməlində tarixi qonşuluq və dostluq əlaqələri dayanan Azərbaycan, Gürcüstan və Türkiyə arasında mövcud regional əməkdaşlığın beynəlxalq hüququn ərazi bütövlüyü, suverenlik kimi təməl prinsiplərinə əsaslandığını diqqətə çatdırıb.