SİYASƏT


Azərbaycan Ordusunda daşqaldırma birinciliyi keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində hərbi qulluqçular arasında daşqaldırma birinciliyi keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Birinciliyə start verilməmişdən əvvəl komandaların püşkatma mərasimi keçirilib, yarışın məqsədi və təhlükəsizlik qaydaları çatdırılıb. Hərbi qulluqçular arasında idmana olan marağın daha da artırılması məqsədilə keçirilən belə yarışların əhəmiyyəti xüsusi vurğulanıb.