SİYASƏT


Monteneqronun sabiq Prezidenti: Avropa İttifaqının gələcəyinə inanmıram

“Avropa İttifaqı dəyişikliklər dövrünə qədəm qoyub. Bu gün biz siyasi dəyişikliklərlə qarşılaşırıq. Rusiya Qərbə qarşı müharibə başladıb. İlkin hədəf kimi də Avropa qitəsini götürüb. Avropa İttifaqı hələ ki, Atlantik okeanda mövcudluğunu isbat etməlidir”.
AZƏRTAC xəbər verir ki, bunu Monteneqronun sabiq Prezidenti Milo Dukanoviç XI Qlobal Bakı Forumunun sonuncu günündə “Regional perspektivlər: Avropa İttifaqı və onun qonşuları” panel müzakirəsində çıxış edərkən deyib.