SİYASƏT


Petar Stoyanov: Biz Avropa İttifaqı olaraq böyük səhvlər buraxmışıq

Dünyanın son 20 ildə necə dəyişdiyinin şahidiyik. Qərbi Avropa ölkələrinin inkişafına xidmət etmək üçün Avropa İttifaqı yaradıldı. Ancaq biz Avropa İttifaqı olaraq böyük səhvlər buraxmışıq. Bu qitədə dağıdıcı müharibələr baş verib.
AZƏRTAC xəbər verir ki, bunu Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Regional perspektivlər: Avropa İttifaqı və onun qonşuları” mövzusunda panel iclasında çıxışı zamanı bildirib.