SİYASƏT


QDİƏT-in Baş katibi: Avropa İttifaqına üzvlük strateji hədəflərə əsaslanmalıdır

Avropa İttifaqına üzvlük, qonşuların sayının artırılması strateji hədəflərə əsaslanmalıdır. Hamımız üzvlüklə bağlı Türkiyəyə qarşı edilənləri yaxşı bilirik. Bu fikirləri Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Baş katibi, Rumıniyanın sabiq xarici işlər naziri Lazar Komanesku XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Regional perspektivlər: Avropa İttifaqı və onun qonşuları” mövzusunda iclasında səsləndirib.