SİYASƏT


Monteneqrolu sabiq nazir: süni intellekti düzgün istifadə etməsək,hər bir problem kəskin şəkildə dərinləşəcək

Dünyamız daha çox rəqəmsallaşacaq. Hazırda istədiyimiz yerdən məlumatları digər yerə ötürə bilirik. Bu, bəzən kənardan lazımsız müdaxilələrə də səbəb ola bilər. Artıq bilirik ki, süni intellekti düzgün formada istifadə etməsək, hər bir problem kəskin şəkildə dərinləşəcək. Bununla bağlı müzakirələr apardıqca risklərin yumşaldılması yollarını kəşf edirik. Bu sözləri Monteneqronun sabiq müdafiə naziri Miliça Peyanoviç-Durisiç XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Süni intellekt, dronlar və kibersilahlar dövründə yeni təhlükəsizlik nümunələri” mövzusunda panel iclasında bildirib.