SİYASƏT


BMT-nin nümayəndəsi: Bərabərsizliyin azaldılması ilə bağlı tədbirlərin görülməsi mütləqdir

Bərabərsizliyin azaldılması ilə bağlı tədbirlərin görülməsi mütləqdir. Bunu Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının Qloballaşma və İnkişaf Strategiyaları Şöbəsinin direktoru Riçard Kozul-Rayt XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qlobal çağırışlara qarşı davamlılığı artırmaq: Qeyri-bərabərlik, təbii ehtiyatların azlığı və miqrasiya məsələlərinə baxış” mövzusunda panel iclasında deyib.