SİYASƏT


Egemen Bağış: Süni intellekt Qarabağ Zəfərinin qazanılmasında müstəsna rola malik oldu

Prezident İlham Əliyevi seçkilərdə inamlı qələbəsi ilə yanaşı, Azərbaycan xalqının arzularını reallaşdırması, doğma Qarabağın azad olunması münasibətilə də təbrik edirəm. Süni intellektin müdafiə məqsədilə istifadə edilməsi Zəfərin qazanılmasında müstəsna rola malik oldu. AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin Çexiyadakı səfiri, qardaş ölkənin Avropa İttifaqı məsələləri üzrə sabiq naziri Egemen Bağış XI Qlobal Bakı Forum çərçivəsində keçirilən “Süni intellekt, dronlar və kibersilahlar dövründə yeni təhlükəsizlik nümunələri” mövzusunda panel iclasında deyib.