CƏMİYYƏT


Qərbi Azərbaycanlı: Valideynlərimi gecə yatdıqları yerdə gəlib evdən çıxartdılar

Həmin vaxt gecə atama zəng elədilər ki, təcili çıxın, hər tərəfdən saqqallı ermənilər gəlir, biz onların qarşısını ala bilmirik. Dekabrın 4-dən 5-nə keçən gecə vertolyotlar gəldi, gecəylə həmin saqqalı ermənilər avtomatla valideynlərimi gecə paltarıyla evdən çıxardıb, vertolyota mindirdilər. Bu sözləri Qərbi Azərbaycanın Göyçə mahal sakini Almaz Ülvi AZƏRTAC-a müsahibəsində deyib.