DÜNYA


Çin Yerin uzaqdan zondlama peykini orbitə çıxarıb

Çin Yerin məsafədən yüksək görüntü ilə zondlanması üçün “Yaogan-42B” peykini orbitə çıxarıb. AZƏRTAC xəbər verir ki, peyki orbitə aparan “Böyük yürüş-2D” (Long March-2D) raketinin buraxılışı yerli vaxtla səhər saat 7:45-də Siçuan vilayətindəki Siçanq məntəqəsindən həyata keçirilib. “Çin aerokosmik elmlər və texnologiyalar” korporasiyasının məlumatına əsasən, peyk planlaşdırılan orbitə çatıb. “Yaogan” peykləri əks olunan və yayılan şüalanmadan istifadə edərək quruda və dənizdə obyektlərin, cisimlərin fiziki xüsusiyyətlərini aşkarlamaq və izləmək üçün istifadə olunur.