İQTİSADİYYAT


Çində növbəti “Azərbaycan Ticarət Evi”nin açılışı olub

Çinin Sıçuan vilayətinin paytaxtı olan Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən ölkəmizin Çindəki səfiri Bünyad Hüseynov, Sıçuan şəhəri Çinbaycian rayonunun xalq hökuməti sədrinin müavini Ley Tin, “Azərbaycan Ticarət Evi”nin rəhbəri Huan Çao iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafından danışıblar. Bildirilib ki, ticarət evi Azərbaycanda dadı və keyfiyyəti ilə seçilən məhsullarının Çində təşviqi ilə yanaşı, xalqlar arasında mədəni əlaqələrin dərinləşməsinə də töhfə verəcək.