CƏMİYYƏT


Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası ilk Avropa Oyunlarında gücləndirilmiş rejimdə çalışacaq

Bakı Şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası birinci Avropa Oyunlarında gücləndirilmiş rejimdə çalışacaq. Stansiyanın baş həkimi Rauf Nağıyev AZƏRTAC-a bildirib ki, Avropa Oyunları keçirilən məkanlara cəlb olunan tibb personalı travmalar zamanı zəruri olan reanimasion tədbirlər üçün xüsusi tədris kursları keçib. Eyni zamanda xidmətin keyfiyyətini daha da yaxşılaşdırmaq məqsədilə stansiyanın həkim və orta tibb işçiləri Səhiyyə Nazirliyinin proqramına uyğun xüsusi kurslara cəlb olunublar. Paytaxta gətirilən 100 ədəd yeni təcili yardım maşınları da “Bakı-2015” ilk Avropa Oyunları ilə bağlı görülən işlərə daxildir. Müasir standartlar səviyyəsində təchiz olunan bu maşınlar oyunlar keçirilən məkanlarda insanlara xidmət göstərəcək.